2018/19 mövsüm Çempionlar Liqasına vəsiqəni təmin etmiş 25 klub (Siyahı)

Futbolda

20 May 2018 0

Artıq bu gün bir çox top avropa liqalarında 2017/18 mövsümü yekunlaşır və yeni mövsümdə UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək 25 klubun adı məlum olur. 

Futbolda.az xəbər verir ki, yeni mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsinə artıq vəsiqəni təmin etmiş 24 klub məlumdur. Daha bir klub isə bu gün baş tutacaq Lazio - İnter matçından sonra məlum olacaq.  

Hər zaman olduğu kimi yeni mövsümdə də UEFA ÇL-da ən çox top 5 liqalardan (İspaniya, İngiltərə, Almaniya, İtaliya və Fransa) klublar iştirak edə biləcək. Rusiya-dan iki klub, Portuqaliya, Türkiyə, Ukrayna, Belçika və Çex Respublikasında-dan isə cəmi bir klub turnirin qrup mərhələsinə birbaşa vəsiqəni təmin edib. 

2018/19 UEFA Çempionlar Liqasına vəsiqəni təmin etmiş klublar: 

1. Barselona (İspaniya) 

2. Real Madrid (İspaniya) 

3. Atletiko Madrid (İspaniya) 

4. Valensiya (İspaniya) 

5. Mançester Siti (İngiltərə) 

6. Mançester Yunayted (İngiltərə) 

7. Liverpul (İngiltərə) 

8. Tottenham (İngiltərə) 

9. Bayern (Almaniya) 

10. Şalke 04 (Almaniya) 

11. Hoffenhaim (Almaniya) 

12. Borussiya Dortmund (Almaniya) 

13. Yuventus (İtaliya) 

14. Napoli (İtaliya) 

15. Roma (İtaliya) 

16. Lazio/Inter (İtaliya) 

17. PSJ (Fransa) 

18. Monako (Fransa) 

19. Lyon (Fransa) 

20. Lokomotiv Moskva (Rusiya) 

21. ÇSKA (Rusiya) 

22. Porto (Portuqaliya) 

23. Şaxtyor Donetsk (Ukrayna) 

24. Brugger (Belçika) 

25. Qalatasaray (Türkiyə) 


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur