"Beşiktaş" futbolçusu İngiltərə Premyer Liqasına transfer olub

Futbolda

20 May 2018 0

Beşiktaş-ın Braziliyalı futbolçusu Anderson Talisca İngiltərə Premyer Liqasına transfer olunub. 

Futbolda.az xəbər verir ki, bu haqda Beşiktaş-ın baş məşqçisi Şenol Güneş məlumat verib. Türkiyə Super Liqasının son tur matçından sonra Türkiyəli mütəxəssis bu sözləri deyib: "Talisca artıq mövsüm ortasında yeni klub ilə razılaşmışdı. Təssüf ki, yeni mövsümdə bizimlə ola bilməyəcək." 

Futbolçunun hansı kluba transfer olunduğunu soruşan jurnalistlərə Şenol Günəş bu cür cavab verib: "Cenk Tosun ilə rəqib ola bilər." 

Qeyd edək ki, Anderson Talisca son iki mövsümü icarə əsasında Beşiktaş-da keçirirdi. Futbolçu keçirdiyi 55 Super Liqa matçında 27 dəfə fərqlənə bilib.  


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur