Çelsi klubu 2017/18 mövsüm İngiltərə Kubokunun qalibi oldu.
Futbolda.az xəbər verir ki, bu gün baş tutan İngiltərə Kuboku final matçında Çelsi klubu Mançester Yunayted üzərində 1-0 hesablı qələbə ilə tarixində 8-ci dəfə İngiltərə Kubokunun qalibi oldu.
Matçda yeganə qolu 22-ci dəqiqədə penaltidən Eden Hazard vura bilib.