"Beşiktaş" matça çıxmadığı üçün hansı cəzanı ala bilər?

Futbolda

3 May 2018 0

Türkiyə Kubokun yarımçıq qalan cavab yarımfinal matçında Fənərbağça ilə matça çıxmayan Beşiktaş klubunun Türkiyə Futbol Federasiyası tərəfindən ağır cəzalandırılacağı gözlənilir. 

Futbolda.az xəbər verir ki, bu gün baş tutmalı olan yarımfinal matçına etiraz olaraq gəlməyən Beşiktaş klubu mövcud qaydalara əsasən məğlub olduğu qəbul ediləcək və Türkiyə Kubokunun finalına vəsiqəni Fənərbağça klubu təmin edəcək. 

19 Aprel tarixində matçında 57-ci dəqiqəsində hakim tərəfindən təxirə salınmış matçın bu gün azərkeş olmadan oynanmasına Türkiyə Futbol Federasiyası qərar versə də, Beşiktaş klubu stadiona gəlməyib. 

Bu matç haqqında son qərarı isə Türkiyə Futbol Federasiyasının yaxın günlərdə verəcəyi gözlənilir. 



Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur