"Yuventus" son dəqiqələrdə qalib gəldi / VİDEO

Futbolda

29 Aprel 2018 0

İtaliya A Seriyası-nın 35-ci həftəsi möhtəşəm bir matçla yadda qaldı. 

Futbolda.az xəbər verir ki, çempionluq yarışmasında Napoli ilə cəmi bir xal fərqi olan Yuventus səfərdə İnter ilə gərgin keçən matçdan son dəqiqələrdə vurduğu iki qol ilə qalib ayrıla bilib. 

Matçda ilk qolu 13-cü dəqiqədə Yuventus vursa da, İnter 52 və 65-ci dəqiqələrdə vurulan qollarla önə keçə bilmişdir. Lakin son çempion 87 və 89-cu dəqiqələrdə möhtəşəm geridönüş edərək matçdan 2-3 hesablı qələbə ilə ayrıla bilmişdir. 

Bu qələbədən sonra Yuventus 88 xalla liderliyini davam etdirir. 

Qeyd edək ki, Napoli 84 xall ikinci pillədə yer alıb və bu gün Fiorentina ilə qarşılaşır. 




Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur