"Real Madrid" 1-1 "Atletiko Madrid" / VİDEO

Futbolda

8 Aprel 2018 0

Madrid derbisində qalib müəyyənləşmədi. 

Futbolda.az xəbər verir ki, İspaniya La Liqasının 31-ci turunda son çempion Real Madrid öz meydanında turnir cədvəlində ikinci olan Atletiko Madrid-i qonaq edib. Matçda ilk qolu 53-cü dəqiqədə Kriştiano Ronaldo vursa da, cəmi 4 dəqiqə sonra 57-ci dəqiqədə Antuan Qrizmann hesaba tarazlıq gətirə bildi. 

Bu matçdan aktivində 68 xalı olan Atletiko Madrid ikinci pillədə, 64 xalı olan Real Madrid isə üçüncü pillədə qərarlaşıb. 

Turnir cədvəlində lider olan Barselona isə 79 xalla liderliyini davam etdirir. 





Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur