"Barselona" İspaniya La Liqasında növbəti qələbəsini rəsmiləşdirdi.
Futbolda.az xəbər verir ki, İspaniya La Liqasının 31-ci turunda lider Barselona öz meydanında Leganes klubunu 3-1 məğlub edərək liderliyini davam etdirir. Matçda qolları 27' 32' 87'-də Lionel Messi və 69-cu dəqiqədə Nabil El Zhar vurub.
Qeyd edək ki, Lionel Messi hat-trick etməklə bu mövsüm la liqa-da qol sayını 29-a çatdırdı. Bundan əlavə Barselona artıq 38 matçdır La Liqa-da məğlub olmur.
Matçdan icmalı sizlərə təqdim edirik.