"Yuventus" 0-3 "Real Madrid" / VİDEO

Futbolda

4 Aprel 2018 0

"Real Madrid" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində Yuventus üzərində inamlı qələbə qazandı. 

Futbolda.az xəbər verir ki, 1/4 final mərhələsinin ilk matçında son çempion "Real Madrid" səfərdə "Yuventus"-u 0-3 hesabı ilə məğlub edərək demək olar növbəti mərhələni təmin etmiş oldu. 

Matçda çox yaxşı başlayan Real Madrid artıq matçın 3-cü dəqiqəsində Kriştiano Ronaldo ilə hesabı 0-1 edə bilmişdir. Matçın ikinci hissəsində də çox yaxşı təsir baxışlayan kral klubu 64-cü dəqiqədə Kriştiano Ronaldo-nun möhtəşəm qolu ilə hesabı 0-2 edə bildi. 

Matçda yekun nöqtəni isə 72-ci dəqiqədə Marselo qoydu. 

Qeyd edək ki, Kriştiano Ronaldo bu matçda dubl etməklə Çempionlar Liqasında sayca 119-cu qolunu rəsmiləşdirdi. 



Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur