"Çelsi" İngiltərə Premyer Liqasının 32-ci turunda öz meydanına məğlub oldu.
Futbolda.az xəbər verir ki, son premyer liqa çempionları öz meydanında Tottenham klubuna 1-3 hesabı ilə məğlub oldular.
Matçın 30-cu dəqiqəsində Çelsi Alvaro Morata ilə hesabda irəli keçsə də, Tottenham ardıcıl 3 qol ilə matçdan qalib ayrıla bildi.
Bu turdan sonra Çelsi aktivində 54 xal ilə 5-ci pillədə, Tottenham isə 64 xal ilə 4-cü pillədə qərarlaşıb.