Zlatan İbrahimoviç ABŞ liqasında debut matçında həm gözəl qol vurdu, həmdə qələbə qazandırdı.
Futbolda.az xəbər verir ki, ABŞ-ın La Galaxy klubuna transfer olunan Zlatan İbrahimoviç klub ilə ilk matçında 2 qol vuraraq komandasına qələbə qazandırıb.
Matçına 71-ci dəqiqəsində oyuna daxil olan Zlatan İbrahimoviç 77-ci dəqiqədə komandasının bərabərlik qolunu və 90-cı dəqiqədə klubunun qələbə qolunu vura bilib.