"Barselona" son dəqiqələrdə məğlubiyyətdən xilas oldu.
Futbolda.az xəbər verir ki, İspaniya La Liqasının 30-cu turunda səfərdə Sevilya-nın qonağı olan Barselona 88 və 89-cu dəqiqələrdə vurduğu qollarla matçdan 2-2 bərabərə ayrıla bildi.
Matçın 88-ci dəqiqəsinə kimi hesab 2-0 Sevilya klubunun xeyrinə idi, lakin cəmi 1 dəqiqə içində Luis Suarez və Messi-nin qolları Barselona-nın məğlubiyyətsizlik seriyasını davam etdirdi.
Qeyd edək ki, Lionel Messi matçın 58-ci dəqiqəsində oyuna daxil olmuşdur.