Bu gün İngiltərə Premyer Liqasında növbəti turun matçları baş tutur.
Futbolda.az xəbər verir ki, turun ilk matçında Liverpul səfərdə Crystal Palace klubunu 1-2 hesabı ilə məğlub edərək növbəti 3 xalını qazanıb.
Matçda hesabı ev sahibləri açsalar da, 49-cu dəqiqədə Sadio Mane və 84-cü dəqiqə də Məhəmməd Salah-ın qolları ilə Liverpul matçdan 3 xalla ayrıla bilib.