Argentina liqasında "Boka Juniors" klubunda çıxış edən Karlos Tevez, ziyarət etdiyi həbsxanada zədə alıb.
Futbolda.az xəbər verir ki, Mançester Siti, Yuventus və Mançester Yunayted kimi klubların şərəfini qorumuş Tevez, həbsxanada ögəy qardaşını ziyarət edərkən kiçik bir futbol oyununda zədə alıb.
20 dəqiqəlik kiçik bir matçda zədələnən futbolçu 3 həftəlik sıradan çıxıb.