UEFA-dan Çempionlar Liqasında yeniliklər

Futbolda

27 Mart 2018 0

UEFA ÇempionlarAvropa Liqasında bəzi deyişikləri açıqlayıb. 

Futbolda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, uefa oyunları zamanı komandaların 4-cü əvəzetmə hüququnun verilməsi əsas yeniliklərdən biri olacaq. Lakin bu qayda yalnız pley-off oyunlarında əlavə vaxt olduğu təqdirdə tətbiq ediləcək.

Çempionlar Liqası və Avropa Liqası final matçı zamanı sifariş ərizəsinə 23 futbolçunun adı daxil edilməsinə icazə verilib. 

Matçların başlama vaxtlarında da bəzi deyişiklər olacaq. ÇL-də pley-off, qrup mərhələsi, 1/8, 1/4 və 1/2 final və final matçları Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qrup mərhələsinin çərşənbə axşamı və çərşənbə günü baş tutacaq iki görüşü Bakı vaxtı ilə 20.55-də start götürəcək. 

Sonuncu turda hər bir qrupda qarşılaşmalar eyni vaxtda olacaq. 1/4, 1/2 və final matçları 23.00-da start götürəcək. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur