Son avropa çempionları Hollandiya millisinə məğlu oldu.
Futbolda.az xəbər verir ki, Beynəlxalq yoldaşlıq matçında Hollandiya millisi ilə qarşılaşan Portuqaliya 0-3 hesablı məğlubiyyət əldə edib.
Matçda qolları Ryan Babel, Memphis Depay və Virgil van Dijk vurub.
Qeyd edək ki, son matçda Misir millisinə iki qol vura bilən Kriştiano Ronaldo bu matçda qapıya bir zərbə belə vura bilmədi.