Azərbaycan millisinin müdafiəçisi Elvin Yunuszadə milli komandanın heyətindən kənarlaşdırılıb.
Futbolda.az xəbər AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Qarabağ klubunun futbolçusu nizam-intizam qaydalarını pozduğu üçün baş məşqçi tərəfindən millidən uzaqlaşdırılıb.
Qeyd edək ki, millimiz Qurban Qurbanov-un məşqçiliyi ilə ilk ev matçında Belarus millisinə 0-1 hesabı ilə məğlub oldu.