Argentina millisi yoldaşlıq matçında İtaliya millisini məğlub etdi.
Futbolda.az xəbər verir ki, DÇ-2018-ə hazırlıq çərçivəsində baş tutan yoldaşlıq matçında Argentina millisi İtaliya millisini 2-0 hesabı ilə məğlub edə bilib. Messi və Serxio Agüero-nun iştirak etmədiyi matçda Argentina millisinin heyətində qolları 75-ci dəqiqədə Ever Banega və 85-ci dəqiqədə Manuel Lanzini vura bilib.
Qeyd edək ki, Argentina millisi növbəti yoldaşlıq matçında 27 Mart tarixində İspaniya millisi ilə qarşılaşacaq.