2018 FİFA Dünya Çempionatı öncəsi baş tutan yoldaşlıq matçında Almaniya millisi öz meydanında İspaniya ilə 1-1 bərabərə qalıb.
Futbolda.az xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərində baş tutan matçda İspaniya millisi 6-cı dəqiqədə Rodrigo-nun qolu ilə hesabı açsa da, Thomas Müller möhtəşəm qol ilə 35-ci dəqiqədə hesaba tarazlıq gətirə bildi.