Sampaoli: "İcardi və Dybala Argentina millisinə uyğun gəlmirlər"

Futbolda

23 Mart 2018 0

Mauro İcardi və Dybala-nın Seriya A-da möhtəşəm performanslarına baxmayaraq Argentina millisinə dəvət ala bilmədilər. 

Argentina millisinin baş məşqçisi Jorge Sampaoli isə bu iki futbolçunun millinin heyətində olmamasının səbəblərini bu cür izah edib. 

"Dybala üçün bizim sistemə öyrəşmək çox qəlizdir." 

"Biz onun performansını artıra bilmədik və artıq digər futbolçuları dəyəndirməliyik. Mauro İcardi-nin vəziyyətidə eynidir. Onun İnter-dən Argentina millisinə keçidi uğurlu olmadı. Onu nəzərə aldım və düşündüm ki, bir az onunla işləməliyik lakin hazırda elə də çox vaxtımız yoxdur." 

"Onu tamamilə millidən uzaqlaşdırmıram. Lakin Argentina millisinin məşqçisi kimi meydanda olan performanslara baxmalıyam." 

Qeyd edək ki, Mauro İcardi bu mövsüm İtaliya Seriya A-da 22 qol vura bilib. Dybala isə 17 dəfə fərqlənə bilib. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur