Zlatan İbrahimoviç "Mançester Yunayted"i tərk edir.
Futbolda.az espn.com saytına istinadən xəbər verir ki, İsveçli futbolçu yaxın həftələrdə ABŞ-ın LA Galaxy klubuna transfer olunacaq.
2016-ci ildə PSJ klubundan pulsuz olaraq Mançester Yunayted klubuna keçən 36 yaşlı futbolçu klubda keçirdiyi 53 matçda rəqib qapılarından 29 qol keçirə bilib.
Lakin yay transfer pencərəsində Lukaku-nun kluba transfer olunmasından sonra nadir hallarda meydanda olan İbrahimoviç, artıq yaxın günlərdə ABŞ liqasında çıxış edəcək.