İspaniya La Liqasının 29-cu turunda Real Madrid öz meydanında Jirona klubunu məğlub edib.
Futbolda.az xəbər verir ki, kral klubu ilk dövrədə səfərdə 2-1 məğlub olduğu Jirona klubunu bu dəfə öz meydanında 6 qolla məğlub etdi.
2018-ci ilə möhtəşəm formada daxil olan Kriştiano Ronaldo bu matçda 4 qol vuraraq poker etməyi bacardı.
Bu qələbədən sonra aktivində 60 xalı olan Real Madrid 3-cü pillədə yerini qoruya bilib.
Atletiko Madrid-in səfərdə Vilyareal klubuna məğlub olması da, kral klubunun ikinci pilləyə daha da yaxınlaşmasını təmin edib.