"Barselona" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində.
Futbolda.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında öz meydanında Çelsi üzərində 3-0 hesablı qələbə qazanan Barselona turnirin nöbəti mərhələsinə adını yazdıra bildi.
Matçdan qolları, 3 və 64-cü dəqiqələrdə Lionel Messi və 20-ci dəqiqədə Dembele vura bilib.
Qeyd edək ki, Messi UEFA Çempionlar Liqasında vurduğu qollarının sayını 100-ə çatdıra bildi.