Mançester Yunayted öz meydanında vacib qələbə qazandı.
Futbolda.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 30-cu turunun mərkəzi matçında Mançester Yunayted öz meydanında Liverpul klubunu 2-1məğlub edə bildi.
Qırmızı şeytanlara qələbə gətirən qolları 14 və 24-cü dəqiqələrdə Markus Raşford vurdu.
Bu qələbədən sonra aktivində 65 xalı olan Mançester Yunayted ikinci pillədə yerini daha da möhkəmləndirə bildi.