"Arsenal" səfərdə qalib gəldi.
Futbolda.az xəbər verir ki, UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk matçında Arsenal səfərdə Milan klubu üzərində inamlı qələbə qazanıb. Son vaxtlar heç də yaxşı çıxış etməyən Arsenal, Milan-ı 0-2 hesabı ilə məğlub edərək cavab matçına üstünlüklə yollanır.
Qeyd edək ki, bu Milan-ın 2018-də ilk məğlubiyyətidir.