UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə artıq 4 klub öz adını yazdıra bilib.
Bunlar Real Madrid, Yuventus, Mançester Siti və Liverpul klublarıdır. Daha 4 klub isə 13-14 Mart tarixlərində məlum olacaq.
13 Mart tarixində Mançester Yunayted - Sevilya və Roma - Şaxtyor matçları baş tutur.
14 Mart tarixində isə Beşiktaş - Bayern və Barselona - Çelsi matçları olacaq.
1/4 final mərhələsinin püşaktam mərasimi isə 16 Mart saat 15.00-da İsveçrə-nin Nyon şəhərində baş tutacaq.