Bu gün İspaniya la liqasında 27-ci turun matçları baş tutub.
Futbolda.az xəbər verir ki, turun mərkəzi matçında lider Barselona öz meydanında Atletiko Madrid-i 1-0 hesabı ilə məğlub edərək liderliyini daha da möhkəmlədib.
Matçda yeganə qolu 26-cı dəqiqədə Lionel Messi cərimə zərbəsindən vura bilib.
Qeyd edək ki, bu qələbədən sonra Barselona 69 xalla Atletiko Madrid-i 8 xal qabaqlayır.