Atletiko Madrid baş məşqçisi Diego Simeone Barselona ilə oyun öncəsi mətbuat konfransında öz fikirlərini bildirib.
Diego Simeone: "Messi hazırda möhtəşəm bir formadadır. Onu dayandırmaq üçün hər hansı bir strategiyamız yoxdur. Mümkünsüzdür. Biz oyunu onlara daha çox zərbə endirəcəyimiz yerlərə gətirməyə çalışacağıq. Baxmayaraq ki, son 14 ildə yalnız Villarreal ikinci ola bildi və biz qazana bildik, lakin La Liga'nı qazanmaq mümkünsüz deyil. Ancaq çox çətindir. Mövsümün son 5 oyununa bunu qazanma şansı ilə daxil olmaq istəyirik. Əgər bunu edə bilsək, qalib gəlmək üçün imkanlarımız olacaq."
Qeyd edək ki, Barselona - Atletiko Madrid matçı bu gün bakı vaxtı ilə saat 19.15-də baş tutacaq.