İtaliya Seriya A-nın 27-ci həftəsinin ilk matçları baş tutub.
Futbolda.az xəbər verir ki, "Yuventus" bu tur səfərdə "Lazio" klubunun qonağı olub. Gərgin keçən matçda qalib son dəqiqələrdə məlum oldu. Yuventus-un argentinalı ulduzu Paulo Dybala 93-cü dəqiqədə vurduğu qol ilə komandasına vacib 3 xalı qazandıra bildi.
Bu qələbədən sonra aktivində 68 xalı olan Yuventus lider Napoli-dən bir xal geri qalır.
Qeyd edək ki, Yuventus-un hələ ehtiyyatda bir matçı daha var.