"Real Madrid" 3-1 "Getafe" / VİDEO

Futbolda

4 Mart 2018 0

"Real Madrid" öz meydanında qalib gəldi. 

Futbolda.az xəbər verir ki, İspaniya la liqasının 27-ci turunda son çempion Real Madrid öz meydanında Getafe klubunu qonaq edib. 

Kral klubu artıq matçın 24-cü dəqiqəsində Gareth Bale ilə hesabı aça bilir. İlk hissənin sonlarına yaxın isə Kriştiano Ronaldo ikinci topu rəqib qapısından keçirə bilir. Qonaqlar ikinci hissədə qollardan birinin əvəzini çıxa bilsələrdə, Ronaldo 78-ci dəqiqədə dubl edərək komandasına qələbə qazandıra bilir. 

Bu matçdan sonra aktivində 54 xalı olan Real Madrid turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. 

Qeyd edək ki, ilk pillədə olan Barselona bu gün öz meydanında ən yaxın izləyicisi Atletiko Madrid klubunu qonaq edir. 




Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur