Bu gün Topaz Premyer Liqasında 18-ci turun matçları baş tutub.
Futbolda.az xəbər verir ki, turun mərkəzi görüşündə lider Qarabağ səfərdə Sumqayıt-ın qonağı olub. Matçda ilk hesabı Amil Yunanovla evə sahibləri açsalar da, Qarabağ-ın İspaniyalı legioneri Pedro Henrikue 75-ci dəqiqədə komandasına bərabərlik gətirən qolu vura bilib.
Bu turdan sonra Qarabağ FK 45 xalla birinci, Sumqayıt klubu isə 28 xall 4-cü pillədə qərarlaşıb.