"Barselona" vs "Atletiko Madrid" / kim üstün olacaq?

Futbolda

3 Mart 2018 0

La Liqa çempionu bu həftə Kamp Nou-da məlum ola bilər. 

Futbolda.az xəbər verir ki, İspaniya la liqasının 28-ci turunda lider "Barselona" öz meydanında ikinci pillədə olan "Atletiko Madrid" klubunu qəbul edir. Əgər Madridlilər bu matçda qələbə qazana bilsələr, Barselona ilə xal fərqi cəmi 2 olacaq. 

Lakin Barselona-nın qələbəsi Atletiko Madrid ilə xal fərqini 8-ə çatdıracaq. 

Ernesto Valverde-nın komandası bu mövsüm la liqa-da məğlub olmasa da, son 5 matçda qazanılan 2 qələbə və 3 heç-heçə klubun turnir cədvəlində olan hegemonluğuna son qoyub. 

Atletiko Madrid isə son matçlarda qazandıqları qələbələr sayəsində artıq Barselona ilə xal fərqini 5-ə sala biliblər. 

Diego Kosta-nın komandaya qayıtması ilə Antuan Qrizmann möhtəşəm çıxışlar ilə yadda qalır. Fransalı futbolçu təkcə son iki matçda rəqib qapılarından 7 qol keçirə bilib. 

Əgər 2018-ci ildə la liqa-da qazanılan qələbələri saydıqda, Atletiko Madrid 25 xall lider, Barselona isə 21 xall ikinci pillədə qərarlaşır. 

Qeyd edək ki, Barselona - Atletiko Madrid matçı 04 mart saat 19.15-də start götürəcək. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur