"Barselona" səfərdə xal itirdi.
Futbolda.az xəbər verir ki, turnir cədvəlinə liderlik edən "Barselona" bu tur səfərdə "Las Palmas" klubu ilə 1-1 bərabərə qaldı.
Matçın 21-ci dəqiqəsində Lionel Messi möhtəşəm cərimə zərbəsi ilə hesabı açsada, ev sahibləri 48-ci dəqiqədə penaltidən hesaba tarazlıq gətirə bildilər.
Bu matçdan sonra aktivində 66 xalı olan Barselona turni cədvəlində liderlik etsə də, Atletiko Madrid 61 xalla ikinci pillədə qərarlaşıb.