"PSJ" klubu ulduz futbolçusu Neymar-ın Braziliya-da əməliyyat oluncağını açıqladı.
Futbolda.az xəbər verir ki, PSJ-nin ilduz futbolçusu Neymar Fransa Kubok matçında aldığı zədə səbəbi ilə Braziliyada əməliyyat olunacaq.
Futbolçunun 6 həftəlik yaşıl meydanlardan uzaq olacağı gözlənilir və Real Madrid-ə qarşı UEFA Çempionlar liqası matçında meydanda ola bilməyəcək.
DÇ-2018-ə az bir vaxt qaldığını nəzərə alsaq, futbolçunun əməliyyat keçirmək istəyini anlamaq olar.
Bəzi məlumatlara görə isə PSJ futbolçunun Real Madrid ilə matça çıxması istəyirdi, lakin Neymar DÇ-2018-i nəzərə alaraq əməliyyata getmək istədiyini bildirib.