İspaniya la liqasının 26-cı turunda "Atletiko Madrid" öz meydanında "Leganes" klubunu məğlub edib.
Futbolda.az xəbər verir ki, Madridlilər baş tutan görüşdə rəqib qapısından 4 cavabsız qol keçirərək növbəti 3 xallarını qazanıblar.
Matçda bütün qolları Madrid klubunun fransalı ulduzu Antuan Qrizmann vurub. Bu qələbədən sonra aktivində 61 xalı olan Atletiko Madrid 3-cü pillədə olan Real Madrid-i 10 xal qabaqlayır.
Qeyd edək ki, cəmi 3 gün öncə Qrizmann Sevilya ilə la liqa matçında 3 qol ilə yadda qalmışdır.