İtaliya milli komandasının yeni baş məşqçisi Luigi Di Biagio, Antonio Conte və ya Roberto Mancini olacaq.
Futbolda.az xəbər verir ki, bu haqda İtaliya Futbol Federasiyasımın vitse-prezidenti Alessandro Costacurta açıqlama verib.
İtaliya millisinin DÇ-2018-ə vəsiqə qazana bilməməsindən sonra baş məşqçi Gian Piero Ventura vəzifəsindən uzaqlaşdırılmışdır.
Hazırda milli komandada müvəqqəti olaraq U-21 millisinin baş məşqçisi Di Biagio çalışır və qarşıdan gələn yoldaşlıq görüşlərinə əsas komandanı çıxaracaq.
Lakin yeni baş məşqçinin adı İyun ayına kimi məlum olacaq.