"Bayern" klubunun fransız futbolçusu Kingsley Koman zədə səbəbi ilə uzun müddət komandasına kömək edə bilməyəcək.
Futbolda.az xəbər verir ki, son bundesliqa matçında zədələnərək meydanı tərk edən Kingsley Koman-ın son durumu məlum olub.
Klubdan verilən məlumata görə 21 yaşlı futbolçunun sol ayaq biləyindən zədələndiyi və yaxın günlərdə zədənin vəziyyəti tam məlum olacaq.
Lakin fransanın L'equipe dərci futbolçunu əməliyyat keçirdiyini və 2 aylıq yaşıl meydanlardan kənar qalacağını bildirib.
Qeyd edək ki, fransalı gənc futbolçu bu mövsüm Bayern klubunda 32 matçda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.