İtaliya “A” seriyasının 26-cı turunun mərkəzi matçında Roma klubu öz meydanında Milan-a məğlub oldu.
Futbolda.az xəbər verir ki, turun mərkəzi matçında "Roma" öz meydanında "Milan" klubuna 0-2 hesabı ilə məğlub olub. Matçda qolları 48-ci dəqiqədə Cutrone və 74-cü dəqiqədə Calabria vurub.
Bu qələbədən sonra aktivində 44 xalı olan Milan turnir cədvəlində 6-7 pillələri bölüşür.
Qeyd edək ki, bu artıq Seriya A-da Milanın ardıcıl 5-ci qələbəsidir.