Bavariya klubu bundesliqa-da 11 turdan sonra ilk dəfə xal itkisinə məruz qaldı.
Futbolda.az xəbər verir ki, son bundesliqa çempionu Bavariya klubu bu tur öz meydanında Hertha Berlin klubunu qonaq edib. Matç 0-0 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, Bayern 1023 gün sonra ilk dəfə öz meydanında qol vura bilmədi.
Bu matçdan sonra aktivində 60 xalı olan Bavariya liderliyini davam etdirir.