"Qalatasaray" Türkiyə Super Liqasının 23-cü turunda öz meydanında qələbə qazandı.
Futbolda.az xəbər verir ki, Qalatasaray klubu super liqanın 23-cü həftəsində öz meydanında Bursaspor klubunu qəbul edir. Son turda səfərdə 1-2 hesabı ilə məğlub olaraq liderliyi Başakşehir klubuna təhvil verən aslanlar, bu dəfə 5-0 hesablı qələbə ilə 3 xalı təmin etdilər.
Matçda qolları Gomis 11,72,90-ci dəqiqələrdə, Rodrigez 42 və Serdar Eziz 49-cu dəqiqədə vurub.
Bu qələbədən sonra aktivində 47 xalı olan "Qalatasaray" müvəqqəti olaraq liderliyə yüksələ bilib.