"Mançester Yunayted" rəhbərliyi David De Gea-nın klub ilə müqaviləsini yeniləcəyinə əmindir.
Futbolda.az espn.com saytına istinadən xəbər verir ki, İspaniyalı qapıçı qırmızı şeytanlarla olan müqaviləsini daha bir neçə illik yeniləcəyi gözlənilir. Real Madrid-in qapıçını öz heyətinə qatmaq istəyinə baxmayaraq "Mançester Yunayted" 27 yaşlı qapıçının yeni müqavilə imzalamaq istəyində olduğuna əmindir.
UEFA Çempionlar Liqasının Sevilya ilə pley-off matçında göstərdiyi möhtəşəm qurtarışlarla David De Gea dünyanın ən yaxşı qapıçısı adını qazanmağa layiq olduğunu bir daha sübut etmiş oldu.