"Roma"nın yeni ulduzu Cengiz Ünder kimdir?

Futbolda

23 Fevral 2018 0

Son günlər möhtəşəm formada olan Roma-nın gənc Türkiyəli ulduzu artıq hər kəsin diqqətini çekməyi bacarıb. 

Təkcə son 4 matçda rəqib qapılarına 5 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalan Cengiz Ünder artıq Roma klubunun yeni Məhəmməd Salahı adlandırılır. 

Lakin gənc olduz üçün son aylar heç də yaxşı başlamamışdır. Yay transfer pencərəsində 14.9 milyon avro qarşılığında Başakşehir klubundan transfer olunan futbolçunun İtaliya-da keçirdiyi ilk aylar çox çətin olmuşdur. Əsas olaraq isə İtaliyan dilini bilməməsi futbolçunun adaptasiyasında problemlər yaradırdı. 

"Roma" klubuna transfer olunmamışdan öncə futbolçu çox çətin seçim qarşısında qalmışdır. 

Həm Roma həm də Mançester Siti klubları futbolçunu transfer etmək istəyirdilər. Futbolçu özünün İngiltərə Premyer Liqasında oynamaq istəyinin olmasını da bir neçə dəfə bildirmişdir, lakin əsas komanda ilə matçlara çıxmaq imkanın Roma-da daha çox olacağını nəzərə olan futbolçu "Siti" əvəzinə "Roma" klubuna keçməyi üstün tutdu. 

20 yaşında olmasına baxmayaraq futbolçu cəmi 3 il öncə Türkiyə-nin ikinci liqasında çıxış edən Altinordu klubunda çıxış edirdi. Lakin Cengiz Ünder çox sürətli şekildə "Başakşehir" klubunda özünü göstərməyə başladı. Son mövsümdə isə klubun heyətində 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qala bilmişdir. 

Cengiz Ünder Roma

Lakin yay transfer pencərəsində "Roma" klubuna transfer olunan futbolçu ilk aylarda çox çətin anlar yaşayırdı. Cengiz Ünder çox nadir hallarda meydanda yer ala bilirdi. 

Futbolçu Seriya A-da start heyətdə ilk matçına 24 yanvar tarixində "Sampdoriya" klubuna qarşı oyunda çıxır. "Roma" üçün matç məğlubiyyətlə başa çatsa da, Cengiz Ünder çox yaxşı bir matç keçirə bilir. 

Artıq növbəti turda "Verona" ilə matçda futbolçu start heyətdə oyuna çıxaraq matçın yeganə qolunu vuraraq komandasına qalibiyyət gətirə bilir. Növbəti turda isə "Benevento" klubu üzərində 5-2 qalibiyyət zamanı futbolçu 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qala bilir. 

"Udineze" klubu ilə matçda da fərqlənməyi bacaran futbolçu artıq keçirdiyi son 3 matçda 4 qol ilə yadda qalmışdır. 

UEFA Çempionlar Liqasının qrup mərhələsində futbolçunu bircə dəqiqə belə meydana buraxmayan baş məşqçi Di Franceso, "Şaxtyor Donetsk" klubu ilə çox vacib pley-off matçında futbolçunu start heyətdə meydana buraxır və Cengiz Ünder "Roma" klubunun matçda yeganə qolunu vura bilir. 

Mançester Siti yoxsa Roma? Görünür Cengiz Ünder düzgün seçim edib. 


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur