UEFA Avropa Liqasının cavab pley-off matçında "Arsenal" öz meydanında məğlub olub.
Futbolda.az xəbər verir ki, dünən Avropa Liqasının 1/32 final mərhələsində öz meydanında İsveç-in "Ostersund" klubunu qonaq edən topçular 1-2 hesabı ilə məğlub olublar. Lakin ilk matçda rəqib üzərində 0-3 hesablı qələbə qazanmış Arsenal növbəti mərhələyə yüksələ bilib.
Qeyd edək ki, 1/16 final mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə 16.00-da start götürəcək.