UEFA Avropa Liqasında 1/16 final mərhələsinə vəsiqəni təmin edən klublar məlum oldu.
Futbolda.az xəbər verir ki, dünən baş tutan cavab matçlardan sonra Avropa Liqasının növbəti mərhələsində mübarizəni davam etdirəcək klubların siyahısı tamamlanıb.
Beləliklə Avropa Liqasının 1/16 final mərhələsində bu klublar mübarizə aparacaq:
Milan, Arsenal, Athletic, Atlético, CSKA Moskva, Dortmund, Dynamo Kyiv, Lazio, Lokomotiv Moskva, Lyon, Marseille, Plzeň, Leipzig, Salzburg, Sporting CP, Zenit
Qeyd edək ki, pley-off mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 16.00-da baş tutacaq.