"Mançester Siti" İngiltərə Federasiya Kuboku ilə vidalaşdı.
Futbolda.az xəbər verir ki, dünən İngiltərə Federasiya Kubokundan 1/8 final matçında premyer liqada rəqib tanımayan "Mançester Siti" səfərdə 3-cü liqa komandası olan "Viqa" klubuna 1-0 məğlub olaraq kubok ilə vidalaşdı.
Matçda yeganə qolu 79-cü dəqiqədə Viqan futbolçusu Qriqq vura bilib. Matçın 45-ci dəqiqəsində isə Siti futbolçusu Fabian Delph qırmızı vərəqə alaraq meydandan qovulmuşdur.