"PSJ"nin həftəsonu "Strazburq" üzərində 5-2 hesabı ilə qələbə qazandığı matç "Monako" klubuna 180 milyon avro qazandırdı.
Futbolda.az xəbər verir ki, qazanılan bu qalibiyyətlə "PSJ" artıq gələn mövsümdə də Fransa Liqasında çıxış edəcəyini təsdiqlətdirərək, Mbappe-ni Monako klubundan 180 milyon avro ödəyərək almaq hüququnu təsdiqləmiş oldu.
Belə ki, Mbappe üçün "Monako" klubu ilə imzalanan müqaviləyə əsasən əgər "PSJ" gələn mövsümdə də Fransa Liqa 1-də mübarizə aparacağı təqbirdə, Mbappe-ni 180 milyon avro qarşılığında tam olaraq transfer etmək hüququna malik olacaq.
Bu mövsüm Ligue 1-də 19 matçda 9 qol və 7 məhsuldar ötürmə edən Mbappe cəzalı olduğu üçün "Strazburq" ilə matçı buraxmalı olub.