"Real Madrid" klubu Eden Hazard üçün "Çelsi"yə 100 milyon funt və üstəlik Qaret Bale-i təklif etməyə hazırlaşır.
Futbolda.az goal.com saytına istinadən xəbər verir ki, kral klubu yay transfer pencərəsində 27 yaşlı Belçikalı futbolçunu transfer etməkdə israrlıdır və bunun üçün Qaret Bale-i təklif etməyə hazırdır.
Qeyd edək ki, Eden Hazard hələ də "Çelsi" ilə müqaviləsini yeniləməyib.