"Arsenal" UEFA Avropa Liqasının pley-off mərhələsinə qələbə ilə başladı.
Futbolda.az xəbər verir ki, UEFA Avropa Liqasının 1/16 mərhələsində səfərdə İsveç-in "Ostersund" klubunun qonağı olan "Arsenal" 0-3 hesablı qələbə ilə İngiltərəyə qayıdıb.
Qeyd edək ki, bu cütlüyün cavab matçı 23 Fevral tarixində baş tutacaq.