"PSJ" Fransa Liqasında növbəti qələbəsini qazandı.
Futbolda.az xəbər verir ki, möhtəşəm forumda olan "PSJ" bu tur səfərdə "Toulouse" klubunun qonağı oldu. Matçda yeganə qolu 68-ci dəqiqədə Neymar vurdu. Bu qələbədən sonra aktivində 65 xalı olan PSJ liderliyini davam etdirir.
Qeyd edək ki, Neymar 2018-ci ildə keçirdiyi 7 matçda rəqib qapılarından 11 qol keçirə bilib.