Barselona Kral Kubokunun final mərhələsində.
Futbolda.az xəbər verir ki, dünən gecə İspaniya Kral Kubokunda yarımfinal matçı baş tutub. Kubokun son qalibi Barselona səfərdə Valensiya-nın qonağı olub. Barselona-da keçirilən ilk matçda minimal hesablı qələbə qazanan kataloniyalılar rəqib meydanında 0-2 hesablı qələbə ilə kubokun finalına adlarını yazdırdılar.
Matçda ilk qolu yeni transfer olunmuş Koutinyo vurub, oyunun sonlarında isə Rakitiç hesabı 0-2 edə bilib.