"Barselona" klubunun keçmiş kapitani Xavi Messi və Ronaldo-nu əvəz edəcək futbolçuları açıqlayıb.
Futbolda.az xəbər verir ki, RMC kanalina müsahibə verən Xavi belə deyib: "Neymara böyük hörmətim var, Ronaldo və Messi-dən sonra Ballon d'Or mükafatını Neymar qazanacaq. Messi və Ronaldo futbol karyeralarını bitirdikdən sonra dünyanın ən yaxşısı adı uğrunda Neymar və Mbappe vuruşacaq."